ABŞ Çinə sərt ultimatum VERDİ

DÜNYA 16.03.2023 2173

ABŞ prezidenti Co Baydenin administrasiyası "TikTok" sosial şəbəkəsinin çinli sahiblərindən öz səhmlərini satmağı tələb edir, əks halda proqram ABŞ-da qadağan edilə bilər.

"Saat24.az" xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

"Bayden administrasiyası "TikTok"un çinli sahiblərindən sosial şəbəkə proqramındakı paylarını satmağı və ya ABŞ-da mümkün qadağa riski ilə üzləşmələrini tələb edir".

Belə bir tələbin ABŞ-da Maliyyə Nazirliyinin Xarici İnvestisiyalar üzrə Komitəsi (CFIUS) tərəfindən irəli sürüldüyü aydınlaşdırılır.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ Konqresi federal hökumətin telefonlarında və elektron cihazlarında "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Fevral ayında Ağ Ev bütün federal qurumlara "TikTok"u bütün hökumət cihazlarından silmək üçün 30 gün vaxt verib.  Artıq ABŞ-ın on üç ştatı Çində yerləşən ByteDance şirkətinə məxsus "TikTok"a qarşı tədbir görüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top