Mərkəzi Aran Regional Təhsil idarəsi Təlim proqramını bitirən məktəb direktorlarına sertifikatlar təqdim edib-Foto

CƏMİYYƏT 04.03.2023 1807
Saat24.Az xəbər verir ki,Martın 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsində cari tədris ili üzrə ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş 38 məktəb direktoruna peşəkar inkişafı üçün təşkil olunan təlimi uğurla başa vurduqları üçün sertifikatlar təqdim olunub.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavad Cavadov və məktəb direktorları iştirak ediblər.

Təhsil İdarəsinin müdiri Elçin Kərimov keçirilən təlimlərin əhəmiyyətindən danışaraq müasir idarəetmə bilik və bacarıqlarına yiyələnən, təhsilin inkişafına töhfə verə biləcək məktəb rəhbərlərinin yetişdirilməsində və onların bilik və bacarıqlarının artırılmasında təlim sisteminin təşkilinin vacibliyini vurğulayıb.

Sonda məktəb rəhbərləri keçirilən təlimlərin onlar üçün çox əhəmiyyətli olduğunu və əldə etdikləri nəzəri və təcrübi bilikləri öz işlərində tətbiq edəcəklərini qeyd ediblər.

Qeyd edək ki, 26 sentyabr 2022-ci il tarixdən başlayaraq mərhələli şəkildə 4 aylıq müddəti əhatə edən 80 saatlıq təlim proqramı məktəb direktorlarının şəxsi keyfiyyətləri və idarəetmə bacarıqları, məktəbin fəaliyyət planının hazırlanması, inzibati-təşkilatı və maliyyə-təsərrüfat işlərinin təşkili, təhsil və əmək qanunvericiliyinə dair nəzəri və praktiki biliklər, dərsdinləmə və monitorinqlərin təşkil olunması, İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.

#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #Direktor #Təlim
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top