Yeni təyin olunmuş direktor müavini və təşkilatçılarla görüş keçirilib-Foto

CƏMİYYƏT 03.03.2023 2251

 

Saat24.Az xəbər verir ki,Martın 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsində ümumi təhsil müəssisələrinə yeni təyin olunan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarla görüş keçirilib.

Görüşdə Təhsil İdarəsinin müdiri Elçin Kərimov müsabiqə nəticəsində seçilən şəxsləri təbrik edib və onlara üzərlərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb. İdarə müdiri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu qeyd edib və bir sıra vacib məsələləri diqqətə çatdırıb.

Sonda onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari il üzrə 20 tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və 3 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı təyin olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top