Cəlilabadda qanunsuz tikintinin qarşısı alınıb-Foto

CƏMİYYƏT 19.02.2023 1717


Məlumat üçün bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Cəlilabad şəhər Heydər Əliyev prospektində, Cəlilabad şəhər sakini Rizvanlı Toğrul Rizvan oğlu tərəfindən qanunsuz olaraq ona məxsus kommersiya obyektinin genişləndirilməsi və vətəndaşlar tərəfindən rayon polis şöbəsinə getmək üçün istifadə edilən ərazidə tikinti işlərinin aparılmasının qarşısı alınmış və tikinti işləri dayandırılaraq  sökülmüşdür.
Qeyd etmək istəyirik ki , Cəlilabad şəhər ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyinə görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə aidiyyəti şəxslər intizam tənbeh tədbirləri ilə cəzalandırılmışlar.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top