Zərdab RPŞ-nın təşkilatçılığı ilə “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib - FOTO

CƏMİYYƏT 18.02.2023 1481

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məlikli kənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. 
 

Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev müasir dövrümüzün ən böyük probleminə çevrilən"ağ ölümün" fəsadlarından danışıb. Zərərli maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən rəis müavini, məktəblilərə dəyərli tövsiyələr verib.

Görüşdə müzakirə olunan mövzular ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Coşqun Abdullayev





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top