ANSPRESS yenidən açıldı

GÜNDƏM 17.02.2023 2944

Yeddi il əvvəl bağlanan ANS PRESS saytı yenidən açılıb. 

"Saat24.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəlki domenlə fəaliyyətə başlayan saytda artıq xəbərlər yenilənir. Saytın "haqqımızda" bölməsində anspress.com saytının ötən gündən etibarən fəaliyyətini davam etdirməyə başladığı qeyd olunur.

Şirkətdən yaxın saatlardan bununla bağlı açıqlama veriləcəyi bildirilib. 

Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu ANS Şirkətlər Qrupuna daxil olan ANSPRESS saytı ANS TV bağlanandan bir müddət sonra fəaliyyətini dayandırmışdı.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top