"Media savadlılığının gücləndirməsi üçün vacib addımlar atılır" - Əhməd İsmayılov

CƏMİYYƏT 16.02.2023 1245

"Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır".

Saat24.az  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir. 

Agentliyin icraçı direktoru əlavə edib ki, media savadlılığı inkişaf etmədikcə problemlər yaşanacaq. Ə.İsmayılov qeyd edib ki, müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər keçirilir, media savadlılığının gücləndirməsi üçün vacib addımlar atılır.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top