Azərbaycan hərbçiləri Türkiyəyə yardım göndərdi - FOTOLAR

GÜNDƏM 09.02.2023 2185

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib.

Bu barədə "Saaat24.az"a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb.

Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

 
XƏBƏR LENTİ
23.03.2023 1905
23.03.2023 1997
21.03.2023 1229

DİGƏR XƏBƏRLƏR

Loading
Top