İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salınır

GÜNDƏM 01.02.2023 2110

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

"Saat24.az" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib.

Belə ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

XƏBƏR LENTİ
17.04.2024 3173

DİGƏR XƏBƏRLƏR

Loading
Top