Tanınmış həkimə yüksək vəzifə verildi

CƏMİYYƏT 30.01.2023 1389

Saat24.Az xəbər verir ki,bu sözləri tanınmış həkim Şahin Məmmədov  müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Artıq 8 ci ildir Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim anestezioloq reanimatoloq vəzifəsində işləyirdim. Bu gün mərkəzin direktoru professor Elmar Qasımov mənə uğurlu fəaliyyətimə görə rəsmi təşəkkürnamə elan etdi və məni mərkəzin Anesteziologiya Reanimasiya, İntensiv terapiya şöbə müdüri vəzifəsinə təyin etdi. Həmçinin mərkəzin Masallı, Gəncə və Şəki filiallarının anesteziologiya xidmətinə də nəzarət etməli olacam. 
Qeyd edim ki mərkəzimizin 12 əməliyyatxanası var və 24/7 anestezioloji xidmət göstərir. 
Xəstələrimiz əsasən uşaqlar, yenidoğulmuşlar və yanaşı xəstəlikləri çox olan yaşlı insanlardır. 
İşin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacam mənə göstərilən etimadı doğruldum, bu çətin və məsuliyyətli işin öhtəsindən layiqincə gəlim.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top