Azərbaycan haqqında Latın Amerika mətbuatında məqalə dərc edilib

CƏMİYYƏT 13.01.2023 1527

“Latın Amerikası ilə ölkələrimiz arasındakı mövcud olan əməkdaşlıq, COVID-19 pandemiyası zamanı burada olan tibbi briqadanın nümayiş olunduğu kimi, coğrafi genişliyə baxmayaraq, çox vacib əlaqələr qurmağa imkan verəcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Kuba və Latın Amerikasının tanınmış “Prensa Latina” və “Radio Habana Cuba” xəbər saytlarında dərc edilən məqalədə qeyd edilib. Məqalənin müəllifi Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanovdur.

Məqalə ispan dilində Kuba-Azərbaycan əlaqələri haqqında bəhs edir. Məqalədə qeyd edilib ki, əməkdaşlıq əlaqələrimiz nəinki siyasi sahəni, o cümlədən bir çox başqa sahələri də üstələyir. Bununla da biz onların kənd təsərrüfatı, mədəniyyət, idman, hətta elmi əməkdaşlıq və akademik mübadilə sahəsində də davam etməsini istəyirik.

Məqalədə həmçinin başqa vacib məqamlar da qeyd olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top