Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin aylıq məbləği 105 manata çatdırıldı

Sadə xəbər
GÜNDƏM 13.01.2023 1463

Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər bu sosial müavinətin məbləği 70 manat idi.

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top