
Bu gün Heydər Əliyev Fondunun çağırışı və Qanköçürmə İnstitunun təşkilatçılığı talassemiyadan əziyyət çəkən uşaqlar və Vətən müharibəsi qaziləri üçün qanvermə aksiyası keçirilib.
Aksiyada qurumların əməkdaşları ilə yanaşı, çoxsaylı könüllü iştirak edib.
Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülməsinə icazə verilib.










