Müəllimlərdən pul tələb edən direktorun yerinə TƏYİNAT - FOTO/VİDEO

CƏMİYYƏT 06.01.2023 1594

Sumqayıt şəhər 32 saylı tam orta məktəbə yeni direktor təyin edilib. 

Oxu.Az-ın məlumatına görə, bu vəzifəyə Fəzilə Mahmudova təyinat alıb. 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza məlumat təsdiqlənib.

Bildirilib ki, yeni rəhbər şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu müsahibəsində uğur qazanıb:

“Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təyin edilib”.

Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də məktəbin keçmiş direktoru Esmira İbrahimova “WhatsApp” qrupuna səs ataraq, təhsil ocağını təmir etmək üçün hər müəllimdən 50 manat tələb edib.

Səs yazısından sonra E.İbrahimova vəzifəsindən uzaqlaşdırılmışdı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top