Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər

GÜNDƏM 06.01.2023 1564

“Qanunsuz ağac kəsiminə görə həbs cəzası verilə bilər”.

Saat24.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazirlik rəsmisi bildirib ki, qanunsuz ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub, yaxın zamanda layihənin qəbulu gözlənilir:

“Cərimələrin 4-5 dəfə sərtləşdirilməsi nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər”.

Xidmət rəisi vurğulayıb ki, bəzən Bakıda gecə saatlarında tikinti şirkətlərinin yaşıllıqları məhv etməsi halları müşahidə edilir, bu kimi faktların qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top