Mən rüşvətxor olmaq istəmirəm-Elşən Ramizoğlu

CƏMİYYƏT 29.12.2022 2392


Müəllim işləyirdim, direktora tapşırıq gəldi ki, qəzet pulu yığmaq lazımdır. Direktor müavini müəllimləri yığıb, iclas edirdi. Mən də içəri daxil olub, iclasda iştirak etmək istəyirdim ki, dedilər müəllim, bizi üzürlü say.
Hər kəs bilirdi ki, qeyri leqal məsələlərdə mən iştirak etmirəm. 
Ona görə də o iclasda işirak etməyimin bir əhəmiyyəti yox idi, etsəydim də kollektivi müdafiə edəcəkdim. Hansı müəllim o məsələyə qarşı olardısa, həmin şəxsi müdafiə edirdim.
Kasıbçılıq, zalımın zülmün, təzyiqin haqsızlığını yaşamış insanam. Görünən odur ki, hələ bəs etməyib,davam edəcək. Alın yazısı,ya da öz seçimim,heçnə demirəm.  Buna görə də çox əziyyət çəkmişəm. Qıraqdan çox şey sadə görsənir, ancaq arada hesab edirəm ki, empatiya da lazımdır. 
Direktor müavini də təyin olunduqda bu məsələlərə qarşı oldum. Bu gün də bu məsələyə qarşıyam. Yəni, direktor təyin olundum, elnən sürünüb, palaza bürünmək kimi fikrim yoxdur. Əksinə, bu gün bir kənddə, bir cəmiyyətdə doğru düzgün, irili-xırdalı bütün qeyri leqal işlərdən uzaq işləyirəm. Cəmiyyətin az da olsa bir hissəsinin fikirlərini dəyişə biləcəmsə, nə xoş mənə. Az sayda şəxs olsa da, istəyirəm görsünlər ki, manat da olsa, almadan işləmək olar. Bunu kimsə istəyir deyə etmirəm, ona görə də kiminsə istəyinə görə başqa cür davranış gözləməyin.
Hələ ağıllı məsləhətlər şurasının üzvlərinin dediyi "vəzifədə oturmusansa, eləməlisən" sözləri də  məndən yan keçir. 
Bu gün  50 manat qəzet pulu ödə, bu gün ödədinsə, vəssalam, gələn səfər 100 manat olacaq, o biri səfər 200 manat... Bir gün də bezəcəksən, nə qədər öz cibindən ödəyəcəksə, deyəcəksən müəllimlər gəlin pul yığaq, yığacaqsan, görəcəksən ki, gələn səfər də pul yığırsan, tamah sənə güc gələcək, əlavə yığıb, özünə də götürəcəksən, axırda da olacaqsan rüşvətxor..
Elə direktor var ki, 250 manata yaxın qəzet pulu ödəyir. Regional idarənin Bərdə rayon sektorunu müdiri Qurban Məmmədova müraciət edirəm, bu direktor bu pulu hardan ödəməlidir? 
 Siz işinizi ancaq icra hakimiyyətinin bu cür tapşırıqlarını icra etməklə bitmiş sayırsınız,ancaq nəzərə almırsınız ki, sizin mövqeyiniz Regional idarenin mövqeyini göstərir,bu da heç yaxşı hal deyil.
Təhsil şöbəsi deyil,Regional İdarənin Təhsil sektorunda çalışırsınız.
Bərdə rayon Qazaxlar kənd tam orta məktəbinin direktoru Elşən Ramizoğlu.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top