“Romantika şahzadəsi” Azərbaycana gəlir

CƏMİYYƏT 27.12.2022 1772

Vaxtilə hər evdə səslənən “Ballade pour Adeline”, “Love story”, “Fur Elisse”, “Winter Sonata” kimi mahnıların müəllifi, “Romantika şahzadəsi” Riçard Klayderman ilk dəfə Azərbaycana gələcək.

Saat24.Az-ın məlumatına görə, məşhur pianoçunun mart ayında ölkəmizə gələcəyi bildirilir.

“Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşən pianoçu 150 milyon albomun satışı ilə əksər rok və pop ulduzlarını geridə qoyub. Onun 267 qızıl və 70 platin albomu var.

Dünya şöhrətli musiqiçi 1979-cu ildə ilk çıxışlarına başlayandan indiyədək 80 ölkədə 2500-dən çox konsert verib, repertuarında 1200-dən çox melodiya var.

Qeyd edək ki, Klayderman piano ifasını populyarlaşdırmaq üçün Bethovendən bəri digər pianoçulardan daha çox iş görüb. Bu gün o, krossover üslubunun (iki fərqli üslubu birləşdirən musiqi) kralı hesab olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top