Vüqar Behbudov: “4 300-dən çox şəhid ailəsi və müharibə əlili fərdi evlərlə təmin olunub” - FOTO

CƏMİYYƏT 27.12.2022 1497

“Ümumilikdə 13 100 şəxs evlə təmin olunub”.

Saat24.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib:

“Şəhid ailələrinə qayğı, müharibə iştirakçılarına dəstək daim hiss olunub. Onlara müxtəlif sosial xidmətlər göstərilir. 4 300-dən çox şəhid ailəsi və müharibə əlili fərdi evlərlə təmin olunub”.

V.Behbudov müharibə əlillərinin, həmçinin, avtomobillərlə də təmin olunduqlarını qeyd edib.

 



Daha çox foto burada: PhotoStock.az

XƏBƏR LENTİ
01.05.2024 1896

DİGƏR XƏBƏRLƏR

Loading
Top