İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən beş nəfər həbs olundu

GÜNDƏM 27.12.2022 1272

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub.

Bu barədə Saat24.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.

Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Qərara əsasən Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.

XƏBƏR LENTİ
23.03.2023 1905
23.03.2023 1997
21.03.2023 1229

DİGƏR XƏBƏRLƏR

Loading
Top