“Xocəsən” metro stansiyası sıxlığı aradan qaldıracaq?

CƏMİYYƏT 26.12.2022 1316

Dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. “Xocəsən” stansiyası bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4 200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir.

Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, “Xocəsən” metro stansiyasının fəaliyyətə başlaması paytaxtda sıxlığın aradan qaldırılması üçün müsbət addımdır.

Onun sözlərinə görə, stansiyanın potensialı böyükdür, amma daha funksional olması üçün bəzi dəyişikliklərə ehtiyac var.

“Xocəsən” metro stansiyasının yaxınlığında dəmiryol stansiyası var. Onunla multimodal daşınmanın təşkili barəsində düşünmək olar. Sumqayıt, Xırdalan, Xocəsən, Lökbatan, Sahil və Ələt dəmiryolu Xocəsən stansiyası ilə əlaqələndirilsə, bu, daha uzaq məsafələrdən metroya əlaqəni təmin etmiş olarıq. Həmçinin yaxınlıqdakı “Sədərək” ticarət mərkəzi ilə stansiyanı marşrut şəbəkəsi ilə əlaqələndirmək olar. Bütün bunlar Xocəsən stansiyasından istifadə edənlərin sayına və şəhərlə əlaqəsinə birbaşa təsir edə bilər”, - R.Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, qeyd olunan işlər görülərsə, nəqliyyatın bugünkü vəziyyətinə ciddi təsir edəcək:

“Burada əsas nəzərdə tutulan məqamlar xətlərin ayrılmasıdır. Belə ki, yaşıl xətt üçün “Dərnəgül” elektrik deposunun inşasının tamamlanması, “Xətai” stansiyasından sonra iki stansiyanın (Y 14 və Y15) tikintisi, 4,6 km uzunluğunda Dərnəgül-Koroğlu xəttinin tikintisi və üç stansiya, Y15 - Həzi Aslanov xəttinin və iki yeni stansiyanın tikintisi, 28 May/C.Cabbarlı stansiyalarında qırmızı və yaşıl xətlərin ayrılmasıdır. Bundan başqa bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması mütləqdir. Hazırkı vaxtda bənövşəyi xətt “8 Noyabr” stansiyasında tamamlanır. Layihə üzrə “Xətai” stansiyasında əlaqələndirmə təmin edilərsə, trafikə təsir göstərəcək”, - deyə o qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top