“WhatsApp”da yeni funksiya işə salınır - FOTO

GÜNDƏM 21.12.2022 1164

“WhatsApp”ın tərtibatçıları messencer üçün yeni funksiyanı açıqlayıblar.

Onun sayəsində istifadəçilər silinmiş mesajı geri qaytara biləcəklər.

Yeni funksiya səhvən silinmiş mesajı beş saniyə ərzində qaytarmağa imkan verir. Lakin bu, yalnız “Mənim üçün sil” bəndi seçildikdə işləyir.

Bildirilir ki, yeni funksiya artıq Android və iOS-da bütün “WhatsApp” istifadəçiləri üçün əlçatandır.

 

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top