TƏBİB bu il əhaliyə göstərilən xidmətlərin sayını açıqladı

CƏMİYYƏT 20.12.2022 1111

Cari ilin 11 ayı ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

Saat24.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb:

“Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top