Direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb-FOTO

CƏMİYYƏT 19.12.2022 2191
Saat24.Az xəbər verir ki,Dekabrın 19-dən Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsinə başlanılıb.

Bu mərhələdə 90 nəfər namizədin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top