Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

GÜNDƏM 19.12.2022 1332

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top