Həmkəndlisini qayçı ilə öldürən şəxsin məhkəməsi başlayır

GÜNDƏM 17.12.2022 1152

Neftçalada həmkəndlisini amansızlıqla qətlə yetirməkdə ittiham olunan Saleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Saat24.Az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Neftçala rayonunun Xıllı kəndində qeydə alınıb.

Rəsmi məlumata görə, 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saleh Qurbanov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq gedişində təqsirləndirilən şəxsin ittihamı ağırlaşdırılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Qətlin təfərrüatı ilə bağlı yayılan məlumatda Saleh Qurbanovun zərərçəkmiş şəxsi qoyun qırxmaq üçün nəzərdə tutulmuş qayçı ilə öldürdüyü bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top