Xankəndi yolunda aksiya: Soyuq havaya baxmayaraq, etirazçıların sayı artmaqdadır - YENİLƏNİB + CANLI YAYIM

GÜNDƏM 17.12.2022 1294

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. 

Saat24.Az xəbər verir ki, Azərbaycanın hər yerindən bu aksiyaya böyük dəstək var.

Etirazçılar səhər saatlarından etibarən vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

08:34

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Saat24.Az xəbər verir ki, aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top