FIFA klublararası Dünya Çempionatında köklü dəyişikliklər edəcək

GÜNDƏM 17.12.2022 1262

FIFA klublararası Dünya Çempionatında köklü dəyişikliklər etmək qərarına gəlib.

Bununla bağlı islahatlara 2025-ci ildən başlanacaq, turnir isə ABŞ-da keçiriləcək.

Klublararası Dünya Çempionatında yeddi komanda əvəzinə dünyanın hər yerindən 32 komanda iştirak edəcək. Turnirlə bağlı kvalifikasiyanın necə olacağı və yarışda hər qitədən neçə təmsilçinin çıxış edəcəyi hələlik məlum deyil.

Yarışlar dörd ildən bir baş tutacaq.

Bundan əlavə FIFA daha bir turnirin keçirilməsi qərarına gəlib. “FIFA Dünya seriyası” (“FIFA World Series”) adlanacaq yeni turnir sosial xarakterli olacaq. Turnirin keçirilməsində məqsəd müxtəlif konfederasiyalardan olan komandaların bir-biri ilə oynamaq imkanlarının artırılmasıdır.

Xatırladaq ki, klublararası Dünya Çempionatı 2023-cü il Mərakeşdə keçiriləcək. Burada 7 komanda iştirak edəcək: “Real” Madrid (İspaniya, Avropa), “Flamenqo” (Braziliya, Cənubi Amerika), “Sietl Saunders” (ABŞ, Şimali Amerika), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı, Asiya), “Əl-Əhli” (Misir, Afrika), “Oklend Siti” (Yeni Zelandiya, Okeaniya) və “Vidad” (Mərakeş, ev sahibi ölkənin nümayəndəsi).

Mənbə: Sport.24tv.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top