Baku TV görüşdən sonra Xankəndi yolundakı son vəziyyəti AÇIQLADI - YENİLƏNİB + CANLI YAYIM

GÜNDƏM 16.12.2022 1534

Rusiya sülhməramlılarının azərbaycanlı mütəxəssislərin monitorinq keçirmək tələbinə qarşı çıxması Xankəndi yolunda aksiya keçirən fəalların aktivliyini daha da artıb. 

Oxu.Az xəbər verir ki, onlar bu xəbərdən sonra şüarlar səsləndirməyə başlayıblar. 

Etirazçılar aksiyanın davam etdirilməsi ilə bağlı qərara gəliblər. Onlar bildiriblər ki, monitorinq keçirilməyənə qədər nümayişi sonlandırmayacaqlar. 

11:48

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Oxu.Az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

 

08:48

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top