Qarabağa girən İran terror-təxribat qrupunun üzvlərinin ad və soyadları açıqlandı - SİYAHI + FOTO

GÜNDƏM 02.12.2022 1744

Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların mandatlarına zidd olaraq Azərbaycan ərazisinə keçidini təmin etdikləri İran terror-təxribat qrupunun üzvlərinin ad və soyadları məlum olub.

Onların siyahısı “Telegram” kanallarında yayılıb:

- Mohmadi Vahab Mehr Əli

- Heydari Abdullah Alah Ram

- Mohmadi Dariuş Avaz

- Əmiritolmarani Elza Məhəmməd

- Fərzad Nader Salahşuri Douraki

- Məhəmməd Aref Hosseyn

- Almasian Nejad Ebrahim Mohammad

- Mohmadi Abdollah Mehr Əli

- Mohmadi Nəsrullah Mehr Əli

- Safari Hosseyn Hatəm

- Kuravand Taxt Kerrot Əlişir Hüseyn

- Məhəmməd Omid Mehr Əli

- Məhəmmədi Muxtar Bar Əhməd

- Salahşuri Douraki Kəramət Nader.

Həmçinin Xankəndiyə gələn terrorçuların sənədlərindəki adların saxta olduğu da istisna edilmir, çünki bu, xüsusi xidmət orqanlarının əməkdaşları üçün adi bir haldır. 

Xatırladaq ki, Qarabağ ərazisinə buraxılan 14 nəfərin hamısı İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırlar.

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. 

Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edirlər və burada əsas işlək dillər arasında erməni dili də var.

Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəkləri də deyilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top