DTX-nin Naxçıvan Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı saxlanılanlar var? - YENİLƏNİB + VİDEO

GÜNDƏM 23.11.2022 1459

DTX-nin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı saxlanılanların olduğu bildirilir. 

Məsələ ilə bağlı “Manset.az” Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb. 

O, açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib:

“Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə, Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub-olmadığı ilə bağlı məlumatım yoxdur”.

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir. 

14:37

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.

Bakudays.com xəbər verir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top