Bakıda çoxmənzilli yaşayış binasına istilik verilməyib - VİDEO

GÜNDƏM 23.11.2022 1316

Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında yerləşən onbloklu binanın sakinləri mövsüm başlayandan istilik üzü görməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, binada istiliklə bağlı problem 3 ildir ki, var. Aidiyyəti quruma müraciət etsələr də, vəziyyət dəyişmir.

Bina sakinləri bildiriblər ki, hətta boruların dəyişdirilməsi və binanın çölündən yeni xətt çəkilməsi üçün aidiyyəti quruma xərcləri bölüşməyi də təklif ediblər. Ancaq problemə əncam çəkən olmayıb. Binanın zirzəmisi tez-tez su ilə dolduğundan bir yandan da ağcaqanadlar mənzillərdə məskən salıb. Keçən il istilik veriləndə partlayan borular da indi axıntı verir.

Sakinlər qeyd edib ki, istilik olmadığı halda evlərinə borc qəbzləri də göndərilir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, binanın zirzəmisi çirkab sularla dolduğundan və çəkilmədiyindən bina sakinləri istilik ala bilmirlər. Binadaxili və mənzildaxili istilik xətləri qurumun məsuliyyət zonasına daxil olmasa da, sosial məsuliyyət çərçivəsində 3 iş günü ərzində sakinlərin problemi həll ediləcək və bina istiliklə təmin olunacaq.

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top