İşə düzəltmək adı ilə vətəndaşların 12 min manatını mənimsəyən şəxs saxlanıldı

CƏMİYYƏT 19.11.2022 1390

Şirvanda işlə təmin etmək adı ilə iki nəfərin 12 min manat pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Aydın Həsənov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Həsənov şəhər sakini olan iki vətəndaşın etibarından istifadə edərək onlara yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək ümumilikdə onların 12 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər A.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top