Baku TV-nin sifarişi ilə çəkilən sosial çarx birinci oldu - VİDEO

CƏMİYYƏT 19.11.2022 1917

Baku TV-nin sifarişi ilə 2021-ci ildə çəkilən, Milli Qəhrəman Çingiz Mustafayevə həsr olunan “Onun Kamerası” adlı sosial çarx “Bakı Beynəlxalq Qısa Filmlər” festivalında “Ən yaxşı sosial çarx” mükafatına layiq görülüb.

Filmin çəkilməsində əsas məqsəd Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradan Çingiz Mustafayevin ən böyük arzusuna çatdığını addım-addım göstərmək idi.

Sosial çarxın rejissoru Böyükağa Əliyev qeyd edib ki, “Onun kamerası” 11 film arasından seçilərək mükafata layiq görülüb.

Qeyd edək ki, 8 ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkən, bir jurnalist olaraq cəbhədə formalaşan Çingiz Mustafayev elə sevimli peşəsini icra edərkən şəhidlik zirvəsinə ucalıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top