Deputat: “Vətən müharibəsində İran çalışırdı ki, əldə etdiyi məlumatları Ermənistana ötürsün” - FOTO

GÜNDƏM 19.11.2022 1648

“İran daim Azərbaycana qarşı öz xüsusi xidmət orqanlarından istər dini, istər məzhəb ayrılığı baxımından təsir mexanizmindən istifadə etməyə çalışıb”. 

Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, İran Azərbaycanda İslam dövlətinin yaranmasına səy göstərib:

“Bu istiqamətlərdə də özlərinin nüfuzedici agenturasından istifadə ediblər və bunu davam etdirməyə çalışıblar. Son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bir daha göstərdi ki, bu agentura işləyir və Azərbaycanın hərbi texnikası, dənizdə olan gəmilər ilə bağlı məlumatların toplanması, ötürülməsindən ibarətdir.

44 günlük Vətən müharibəsindən də hiss etdik ki, məlumatlar Ermənistana lazım idi və bu gün də əldə olunan məlumatlar düşmənə verilir. Əvvəllər 140 kilometrə yaxın sərhəd açıq idi, oradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, qaçaqmalçılıq yolu ilə əraziyə qara kürü, yanacaq və digər məhsullar daşınırdı.

Sirr deyil ki, Füzuli, Cəbrayıl və adamdakı dağıntıları gördükdən sonra məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı götürülən girov və əsirlərimizdən istifadə edərək söküntülər aparılıb, materiallar İran və bir sıra dövlətlərə daşınıb. Bunlar faktdır və 44 günlük Vətən müharibəsində İran çalışırdı ki, əldə etdiyi məlumatları Ermənistana ötürsün. Bu gün də təxribatlar davam edir.

Son əməliyyatlar bir daha göstərdi ki, İran xüsusi xidmət orqanları Azərbaycan dövlətinə qarşı addımlar atmaqda davam edir. Azərbaycan öz xüsusi xidmət, hüquq-mühafizə orqanları vasitəsilə daim əməliyyat şəraitinə nəzarət edir və ciddi addımlar atır”. 

Deputat qeyd edib ki, İranın daxilindəki iğtişaşlar ölkənin daxilində baş verən siyasi proseslərin təzahürüdür. 

XƏBƏR LENTİ
17.04.2024 3197

DİGƏR XƏBƏRLƏR

Loading
Top