Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazandı - FOTO

GÜNDƏM 15.11.2022 1714

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top