Bir sıra müəssisələrdə istilik sistemi ilə bağlı problem aşkarlanıb

CƏMİYYƏT 15.11.2022 1317

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası başa çatdırılıb”.

Saat24.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

İ.Mirzəliyev vurğulayıb ki, cəmiyyətin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə müəssisələrində monitorinq aparılıb:

“Monitorinqlər zamanı 214 yaşayış binası, 37 təhsil müəssisəsi və səkkiz səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Təəssüf ki, hazırda 191 yaşayış binası, 19 təhsil müəssisəsi və dörd səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

“Azəristiliktəchizat” ASC-nin məsul şəxsləri Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir. Ümumilikdə ölkə üzrə məktəblərin 92 faizinin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız səkkiz faizi “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanalar vasitəsi ilə həyata keçirilir”.

Onun sözlərinə görə, Tədbirlər Planı çərçivəsində 1002,2 km istilik xətlərinin hidravlik təzyiqə davamlılığı yoxlanılıb və 12,7 km istilik xətti əsaslı təmir olunub:

“1280 ədəd odluq, 397 dəst istilik mübadilə aparatları, 3 026 ədəd nasos, 15 486 ədəd müxtəlif diametrli siyirtmələr, 3 179 ədəd mühərrik, 538 ədəd elektrik, 538 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 214 ədəd genişləndirici çən, 1 862 ədəd qoruyucu klapan və 2 341 ədəd əks-klapan, 9 150 ədəd ventil, 607 ədəd ehtiyat su çəni, 538 ədəd qaz təsərrüfatına aid avadanlıq və qurğu təftiş olunub, eyni zamanda, 1 348 ədəd dirsək, 250 ədəd siyirtmə, 316 ədəd ventil, 9 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 15 ədəd nasos, 190 ədəd siyirtmə, 28 ədəd mühərrik əsaslı təmir edilib”.

Sədr əvəzi əlavə edib ki, 780 ədəd qazan aqreqatı, 1 474 ədəd nasos, 8 715 ədəd siyirtmə, 1 624 ədəd mühərrik cari təmir edilib, 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, yaxud 100 faiz işlər icra edilib, həmçinin 94 ədəd qazan aqreqatı və 64 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. İstilik xətlərində 4854,09 kvadratmetr istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2  kvadratmetr kərpic örtüyü, 475,8 kvadratmetr izolyasiya örtüyü bərpa edilib və 632 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib”.

“Həyata keçirilmiş tədbirlər mövsüm ərzində ASC-yə məxsus 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə, 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2 230 digər sosial və təsərrüfat obyektinin fasiləsiz istiliklə təmin olunmasına imkan verəcək.

Əvvəlki illərlə müqayisədə ASC-yə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3,9 dəfə, məktəblərin sayı 146-dan 287-yə çataraq iki dəfə, uşaq bağçalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-yə çataraq 2,5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2 224-ə çataraq 24,4 dəfə artım əldə olunub”, - o deyə qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top