DİN-dən sosial şəbəkələrdə narkomanlarla bağlı yayılan video haqqında AÇIQLAMA - YENİLƏNİB + VİDEO

GÜNDƏM 13.11.2022 1680

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.

Nazirliyikdən Oxu.Az-a verilən məlumata görə, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək”, - DİN-dən bildirilib.

12:20

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, təəssüf ki, mövcud vəziyyətlə bir müddətdir ki mübarizə aparmağa çalşırlar:

“Bəli, həqiqətən də xəstəxananın ərazisində bu hadisələr baş verir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etmişik. Yəqin ki, bir tədbir görülər. Baş verənlər Mərkəzin bütün heyətini, pasiyentləri, bir sözlə hər kəsi narahat edir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top