Azyaşlı qardaşların siçan dərmanı yeyərək öldükləri evdən görüntülər yayılıb – YENİLƏNİB + VİDEO

GÜNDƏM 11.11.2022 1331

İctimai TV azyaşlı iki qardaşın siçan dərmanı yeyərək zəhərlənib öldükləri evdə olub.

5 və 3 yaşlı uşaqların dərmanı mətbəxdəki yeşikdən götürdükləri bildirilib.

Qeyd edək ki, oğlanlar səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Ailənin onlardan başqa övladı yoxdur.

16:18

Bakıda dəhşətli hadisə baş verib.

Manset.az-ın məlumatına görə, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top