Ermənilərin “ac toyuq” ritorikası, sülhməramlıların səriştəsizliyi - ŞƏRH + FOTO

GÜNDƏM 09.11.2022 1736

Prezident İlham Əliyev noyabrın Şuşada hərbçilər qarşısında çıxış edərkən sülhməramlıların fəaliyyəti barədə mühüm mesaj verdi. Dövlət başçısı bildirdi ki, rusiyalı sülhməramlılar orada müvəqqəti yerləşiblər:

“Rusiyalı sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Bu konkret mesaj təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyinə deyil, həm də onun havadarlarına ünvanlanmışdı.

Çətinə düşən kimi telefonu əlinə alıb dünya liderlərindən yardım uman Ermənistan baş naziri Nikol Paşinyan eyni ilə ac toyuq kimi yuxuda darı görə bilər. Amma reallıqlar ortadadır. Rəsmi İrəvan bir neçə dəfə mövcud reallıqlarla barışmamağa, guya etiraz etməyə çalışıb. Və hər dəfə daha ağır vəziyyətlə üzləşib. Odur ki, ermənilər məntiqli davranmalı, Prezident İlham Əliyevin dediyi kimi, odla oynamamalıdırlar. Əks halda, öz əlləri ilə oturduqları budağı kəsəcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top