"Zəfər Kuboku"una qeydiyyat başladı!!!

CƏMİYYƏT 09.11.2022 1790
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" Proqramı - 2.0 çərçivəsində "Gələcək" İntellektual İnkişafa Yardım İB-nin təşkilatçılığı ilə Ucar rayonunda "Zəfər Kuboku" layihəsi həyata keçiriləcək. Layihə tarix yazan şəhidlərimizin, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun Rəşadəti sayəsində əldə etdiyimiz tarixi Zəfərimizə həsr edilir. Layihənin məqsədi gənclərə sağlam həyat tərzi aşılamaq, asudə vaxtın səmərəli təşkili, gənclərin Vətənpərvərlik ruhda inkişafına töhfə verməkdən ibarətdir. Zəfər Kuboku üçün qeydiyyat 18 noyabr 2022 ci il tarixədək davam edəcək. Zəfər Kuboku çərçivəsində Futbol, Şahmat, İntellektual Oyunlar, Cüdo və Atıcılıq üzrə çempionatlar keçiriləcək. Xatırladaq ki, 19 noyabr 2022 ci il tarixdə Kubokun açılış mərasimi qeyd ediləcək.
XƏBƏR LENTİ
17.04.2024 3166

DİGƏR XƏBƏRLƏR

Loading
Top