Bakıda Zəfər Günü ilə bağlı üçüncü istiqamət üzrə yürüş keçirilib - YENİLƏNİB + FOTO

GÜNDƏM 08.11.2022 1525

Bakıda 44 günlük Vətən müharibəsində Zəfərin ikinci ildönümü ilə bağlı üçüncü istiqamət üzrə yürüş başa çatıb.

Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edib.

10:17

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ikinci ildönümü təntənəli şəkildə qeyd edilir. 

Saat24.Az xəbər verir ki, bu münasibətlə Bakıda üç istiqamət üzrə yürüş keçirilir. 

Üçüncü istiqamət üzrə yürüş başlayıb. 

Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.

 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top