Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

Sadə xəbər
GÜNDƏM 08.11.2022 1473

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə müdafiə nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top