Ceyhun Bayramovun Mirzoyan və Blinkenlə üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB + FOTO

GÜNDƏM 08.11.2022 1420

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş başa çatıb. 

“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, Dövlət Departamentinin təşəbbüsü ilə Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin cəsur addımlarını yüksək qiymətləndirdiyini bildirib: 

“Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlindən gələni etmək əzmindədir”.

E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında baş tutan müzakirələr, həmçinin Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.

02:00

ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş başlayıb.

Bu barədə XİN-in “Twiter” səhifəsində foto paylaşılıb.

01:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ-nın dövlət katibi Entonu Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş Vaşinqtondakı tarixi rəsmi qonaq evi olan “Blair House"də keçiriləcək.

“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş keçirildiyi məkanda son hazırlıqlar gedir.

Görüşdən öncə tərəflərin yerli və xarici mətbuat nümayəndələrinə qısa açıqlama verməsi gözlənilir.

18:49

Vaşinqtonda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirozyanın görüşü başlayıb.

Bu barədə XİN məlumat yayıb.

08:48

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşün keçirilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top