Molla rejiminin dini agenturası - VİDEO

CƏMİYYƏT 05.11.2022 1452

Azərbaycan müstəqillik qazanandan bu günə qədər İran ölkəmizə düşmən münasibəti bəsləyib. Tehran rejimi normal qonşuluq münasibətlərinə üstünlük verməkdənsə, hər zaman qarşıdurma yaratmağı üstün tutub. Azərbaycana qarşı xarici faktorlarla yanaşı, həm də daxili faktorlardan istifadə edib. Daha dəqiq desək, molla rejimi din pərdəsi altında ölkəmizdə hərc-mərclik yaradaraq çirkin məqsədlərinə nail olmaq istəyib. Çalışıb ki, ideoloji məsələlərlə ölkəmizdə yaşayan xüsusilə azsaylı xalqların dini-milli hisslərindən istifadə edib, həm separatçılıq əməllərini genişləndirsin, həm də dini-ideoloji təsirlərlə regionu öz nəzarətinə alsın. 

Təbii ki, bu məqsədlərinin qarşısı zamanında dəf edilib, qara xislətlilər mənfur istəklərinə nail ola bilməyiblər. Necə ki molla rejiminin Ocaqnejad başda olmaqla, müəyyən şəxsləri təlimatlandırıb, agent kimi ölkəmizə göndərməsi dəfələrlə sübut olunub. Həmçinin hər il çox sayda azərbaycanlı Qum şəhərində dini təhsil aldıqdan sonra İran siyasi hakimiyyətinin təbliğat maşını kimi Azərbaycana göndərilir.   

Xatırladaq ki, molla dövlətinin ali dini rəhbəri Əli Xameneinin nümayəndəsi ayətullah Həmədaninin bir neçə il bundan əvvəl ölkəmizə səfəri çərçivəsində siyasi məhbus kimi qələmə verilən, əslində isə molla rejiminin təbliğatını aparan Taleh Bağırzadə və həvariləri onun ayaqlarına döşənib, əllərini öpürdülər. Yaxud dini mərasimlər zamanı mərsiyəxan və məddahlar başlarının üstündən məhz Xomeyni və Xameneinin şəkillərini asıb, Azərbaycanı İrana satmağa hazır olduqlarının siqnalını verirdilər. 

Düzdür, Ocaqnejad məhz həmin fəaliyyətlərinə görə Azərbaycandan qovulub, Taleh Bağırzadə və digərləri həbs ediliblər. Lakin bu o demək deyil ki, təhlükə sovuşub. Elə bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşməni ifşa elədi. Qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 Azərbaycan vətəndaşı istintaqa cəlb olundu. Bu da o deməkdir ki, fars molla rejimi 30 ildir Azərbaycanla bağlı davam etdirdiyi çirkin siyasətini daha təhlükəli mərhələyə keçirməyə çalışır. 

Ona görə də ölkəmizin milli maraqları naminə bu cür adamlara nəinki imtiyaz vermək, ümumiyyətlə, İran casuslarını dövlət və din işlərindən uzaqlaşdırmaq lazımdır. Nə qədər ki “Hizbullah”ın biri də bizdə peyda olmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top