Nazir: “Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinin icrasını davam etdirir”

Sadə xəbər
CƏMİYYƏT 02.11.2022 1083

“Azərbaycanda dayanıqlı inkişaf gündəliyindən irəli gələn öhdəliklərin icrası istiqamətində görülən tədbirlər davam edir”.

Saat24.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyində qeyd olunan təmiz və sağlam ətraf mühitin təmin olunması bütün səviyyələrdə dayanıqlı inkişafa nail olmaq üçün mühüm faktordur:

“Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması sektorlararası koordinasiya və bütün maraqlı tərəflərin prosesə cəlb olunmasına imkan verib. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templərlə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub”.

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top