“Prezidentin Bolqarıstana səfəri Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq” - RƏY + FOTO

GÜNDƏM 01.10.2022 1814

“Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Azərbaycanın müasir beynəlxalq münasibətlər və iqtisadi əlaqələr sistemində olduqca fəal bir dövlət olduğunu qeyd edən deputat bildirib ki, əvvəla formalaşdırılmış hərtərəfli potensial ən müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün imkanlar yaratmaqdadır:

“Nəzərə almaq lazımdır ki, xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir”.

Deputat son illərdə Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın xüsusilə dinamik xarakter almasından da söz açıb:

“Azərbaycanın birbaşa iştirakçısı olduğu Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox təsirli rol oynamaqdadır. Xüsusilə Cənub Qaz Dəhlizi layihənin əsas seqmentləri olan TANAP və TAP vasitəsilə Türkiyə üzərindən Avropa bazarlarına Azərbaycan təbii qazının çıxarılmasını təmin edir.

Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top