İlham Əliyev: “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin təşəbbüskarı olduğumuz üçün fəxr edirik”

GÜNDƏM 01.10.2022 1949

“Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bildirib.

“Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir, dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir. Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsinin dəyişən əhəmiyyətli infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top