İtkin düşən 11-ci sinif şagirdi tapıldı

CƏMİYYƏT 25.09.2022 1244

Lənkəranda itkin düşən qız tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub. Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib

Qeyd edək ki, ötən gün 11-ci sinif şagirdi səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa başlayaraq aidiyyəti üzrə müraciət ediblər.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top