“Buta Airways”in Bakıdan Batumiyə uçan təyyarəsi Tbilisiyə təcili eniş edib

GÜNDƏM 23.09.2022 1055

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

Bu barədə “Buta Airways” aviaşirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

“Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top