Şəhid Rəhim Hüseyinovun anasından xainlərə tutarlı cavab

CƏMİYYƏT 21.09.2022 2115


Belə bir deyim var: Demə vətən mənim üçün nə edib?, de ki, mən vətən üçün nə etmişəm!

Vətəni sevmək, vətənə bağlı olmaq vətənpərvərlik nümunəsidir. Vətən uğrunda şəhid olmaq, qazi olmaq, canından çox sevdiyin torpaq uğrunda mübarizə aparmaq hər adama nəsib olmur. Biz müharibə görmüş xalqıq. Biz şəhidləri olan xalqıq. Mən şəhidi olan valideynəm. Övlad itkisi nə deməkdir ancaq yaşayan bilər. Mənim oğlum mayor Rəhim Hüseynov Vətən uğrunda gözünü qırpmadan canını qurban verdi. O, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin NATO-nun Ləyaqətli Xidmət Medalı ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Ömür boyu övladımın quru nəfəsinə möhtac qalsam da, bu gün şəhid valideyni olaraq fəxrlə deyirəm ki, Vətən sağolsun! Çünki bunu mənə oğlum öyrətdi. Bilirəm ki, onun yeri də, ruhu də rahatdır. Oğlumun danışdıqlarından, gördüklərimdən, şahidi olduğum hadisələrdən bilirəm ki, Vətən üçün savaşan hər bir oğulumuz şəhidlik zirvəsinə ucalacağını bilərək düşmənlə döyüşə gediblər. Şəhidlər cismən aramızda olmasa da, hər bir azərbaycanlının qəlbində yaşayırlar. Mən və mənim kimi bütün şəhid valideynləri başımızı dik tutmalıyıq. Axı biz 30 ildir həsrətini çəkdiyimiz Qarabağımıza geri qayıtdıq. Axı o torpaqlarda bizim balalarımızın izi var. Oğullarımız düşmənin belini qırıb. 30 ildir öz ata-baba torpaqlarımızda ağalıq etməyə çalışan ermənilər bu gün tarix yazan ordumuzun gücündən qorxaraq gizlənməyə yer axtarır. Bu günlərdə yenə düşmən təxribat törətməyə cəhd etsə də yenidən layiqli cavabını aldı. Cənab Prezidentimizin dediyi kimi “dəmir yumruq” öz sözünü yenə dedi və hər zaman da deyəcək. Bu təxribatda şəhidlərimiz də oldu amma biz imkan verə bilməzdik ki, istər birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın, qardaşlarımızın qanı yerdə qalsın. Qalmadı da. Son günlər çox təəssüflər olsun ki, bəzi nankorlar yenə ölkədən uzaqda oturub dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə, biz şəhid ailələrinə qarşı artıq əskik danışırlar. İllərdir dövlətimizin əleyhinə danışan, özlərini gülünc vəziyyətə salan Orxan Ağayev, Qənimət Zahid, Altay Göyüşov və onlar kimi digər vətən xainləri yenə çirkin əməllərindən əl çəkmirlər. Amma biz xalq olaraq kimin kim olduğunu yaxşı bilirik. Ona görə də, onların cəmiyyətimizdə heç bir dəstəyi yoxdur və heç vaxt da olmayacaq. Biz şəhid anaları hər zaman dövlətimizə arxalanaraq Prezidentimizin, Mehriban xanımın yanındayıq və güclü ordumuz, qəhrəman oğullarımız bundan sonra da düşmən təxribatlarının qarşısını alacaqlar. Azərbaycanın çörəyini yeyib suyunu içən nankorlara ar olsun deyirik. Tarix heç vaxt onları bağışlamayacaq.

Mayor Rəhim Hüseynovun anası Həqiqət ANA.

Saat24.Az

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top